Səudiyyə Ərəbistanı koalisiyası Yəmən paytaxtını bombaladı

Səudiyyə Ərəbistanı hərbi koalisiyası Yəmənin paytaxtı Səna şəhəri və ətraf rayonlarına 10-dan çox hava zərbəsi endirib.
 
Təcavüzkar Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi hərbi koalisiya bu gün paytaxt və ətrafında yerləşən Sinhan, Harf-Sufyan, Ərhib, Bəni-Mətar və sair rayonlara şiddətli hava zərbələri endirib.
 
Bu hava zərbələrində ölən və yaralananların olduğu bildirilir.
 
Xatırladaq ki,  artıq 6 ilə yaxındır ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.
 
Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb.  Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir.  8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. / salamnews/