Sionistlərin hücumunda 70 fələstinli yaralandı

İordaniya çayının işğalda olan qərb sahillərində sionistlərin şəhərsalma siyasətinə etiraz məqsədilə aksiya keçirilib. 
 
Maide.Az İQNA -a istinadla xəbər verir ki, aksiyada iştirak edən  fələstinlilərə sionist yəhudi hərbiçiləri hücum edib.
 
Fələstinin Qırmızı Aypara Cəmiyyəti tərəfindən yayımlanan bəyanatda bildirilir ki, cümə günü  Nablosun Bita qəsəbəsində "Fələstinin yəhudiləşdirməsi layihəsi"nə etiraz edən dinc sakinlərə qarşı sionist və terrorist yəhudi rejiminin həyata keçirdiyi hücumda 70 fələstinli yaralanıb. 
 
İsrail rejiminin hərbiçiləri etiraz aksiyası keçirən fələstinlilərə qarşı  gözyaşardıcı qaz, həqiqi və rezin güllələrdən istifadə edib. Yaralılardan 35 nəfər güllə yarası alıb