Sionist rejim bir aya 429 fələstinlini həbs edib

 İsrail işğal altındakı ərazilərdə iyul ayında azı 429 fələstinlini həbs edib.
 
Maide.Az Palinfo.com-a istinadla xəbər verir ki, bu barədə Fələstinin 4 hüquq təşkilatı və cəmiyyəti yayımladıqları birgə bəyanatda məlumat veriblər.
 
Bildirilib ki, işğalçı rejim təkcə ötən ayda aralarında 32 uşaq olmaqla 429 fələstinini həbs edib.
 
Əlavə edilib ki, işğalda qalmış Qüds və onun ətraf rayonları həbslərin şahid olduğu əsas bölgədir. İşğalçı rejim qüvvələri iyul ayı ərzində burada 201 fələstinli sakini həbs ediblər.
 
Qeyd edək ki, Reuters bir neçə gün öncə verdiyi statistikada bildirib ki, hazırda İsrail həbsxanalarında 4,502 fələstinli kişi və 41 fələstinli qadın var.