Sionist rejim daha bir ərəb ölkəsi ilə münasibətləri adiləşdirməyə çalışır

İşğalçı İsrail rejiminin  Xarici İşlər Nazirliyində Yaxın Şərq və sülh prosesi şöbəsinin müdiri İlyaf Binyamin jurnalistlərə açıqlamasında Ərəb ölkələrinin bir çoxu ilə əlaqələrin adiləşdirilməsinə ümidvar olduqlarını açıqlayıb. 
 
Maide.Az “Sputnik”ə istinadla xəbər verir ki,  İ.Binyamin ərəb ölkələri arasında əlaqələrin adiləşdirilməsində siyahının başında Oman olduğunu  bildirib.
 
Sionist rejimin bütün region ölkələri  və  Afrikanın şimal ölkələri ilə hazırda əlaqələrin adiləşdirilməsi ilə bağlı danışıqlar apardığını  deyən  İ.Binyamin  qeyd edib ki,  Ərəb ölkələrindən hər biri nə zaman və hansı formada münasibətləri adiləşdirməklə bağlı özləri qərar verməlidir.  “Biz onların hamısı ilə  xüsusilə Omanla danışıqlar aparırıq.  Biz əməkdaşlığımızı inkişaf etdirməkdəyik”,-deyə İşğalçı rejim rəsmisi qeyd edib. 
 
İşğalçı rejim və Oman arasında danışıqlar bundan öncədə olub.  Sionist rejimin öncəki baş nazirlərindən 3 nəfər (İshaq Robin - 1994,  Şimon Perez - 1996 və  Binyamin Netanyahu -2018) müxtəlif zamanlarda  gizlincə Omana səfər ediblər.  
 
Bu səfərlər nəticəsində Omanda işğalçı rejimin ticarət otağı açılıb. Lakin bu münasibətlər  2000-ci ildə ikinci intifadanın başlaması ilə  gərginləşib.  
 
Qeyd edək ki, 2020-ci ilin iyun ayında Oman Xarici İşlər naziri Bədr ibn Həməd əl-Busəidi işğalçı rejimin XİN başçısı ilə  telefon danışığında bildirmişdi ki, rəsmi Omanın siyasəti budur ki, paytaxtı Qüds olan müstəqil bir Fələstin dövləti təşkil edilməyənə qədər  İsrail ilə heç bir sülh saizişi imzalamasın.  
 
Bu danışıqdan bir neçə gün sonra  Oman XİN başçsı  "əş-Şərqul-əvsət" qəzetinə verdiyi müsahibədə qeyd etmişdi ki,  necə ki öncədən də bildirmişəm, biz Fars Körfəzi ölkələrindən işğalçı rejimlə əlaqələri adiləşdirən üçüncü  ölkə olmayacağıq. “Biz Fələstin xalqının legitim haqqını  müdafiə edirik.  Dövlətlərin milli suveren qərarlarına hörmətlə yanaşırıq. Digər ölkələrdən də gözləyirik ki, bizim hökumətin suveren qərarlarına hörmətlə yanaşsınlar”.
Xatırladaq ki, müsəlman ölkələri bu günə qədər Fələstin məsələsinə görə işğalçı İsrail rejimi ilə diplomatik əllaqələri kəsmişdi. Dəfələrələ buna cəhd olunsa da ictimai qınaq nəticəsində hər hansı əlaqə bərpa olunmamışdır.  Lakin son bir neçə ildə beynəlxalq hegemon qüvvələr o cümlədən ABŞ və bir sıra Avropa ölkələri  Fələstin məsələsini siyasi gündəmdən salmaq  üçün Fars Körfəzi ölkələri ilə sionist rejimin diplomatik əlaqələrinin adiləşdirilməsinə cəhd edirlər. Bununla da Fələstin məsələsini kənarda saxlamağa çalışırlar.