Sionist rejimi Qüdsdə daha bir gənc fələstinlini qətlə yetirib

Qüdsdə sionistlərin hərbi hücumu nəticəsində bir fələstinli gənc qətlə yetirilib.
 
Əl-Aləm TV-nin məlumatına görə, bazar günü sionist rejimin hərbçiləri Qüdsdə, Tulkarm şəhərində dinc insanlara qarşı atəş açaraq gənc fələstinlini qətlə yetirib.
 
Həmin hücum zamanı daha bir fələstinli yaralanmışdır. Sionist rejiminin Qəzza zolağına qarşı keçirdiyi son hücumları zamanı 34 fələstinli, o cümlədən 3 uşaq və bir qadın şəhid edilmiş, 110-dan çox insan yaralanmışdır.
 
Qəzzaya edilən hücumlar zamanı BMT-nin iki məktəbi daxil olmaqla, 13 məktəb zərər görümüşdür. Hər gün sionistlər işğalçı qüvvələri Fələstin torpaqlarını yəhudiləşdirmə planlarına çatmaq üçün Fələstinin müxtəlif ərazilərinə hücum edir, saxta ittihamlarla fələstinliləri həbs edərək qətlə yetirir. /Deyerler.org