Sionist rejimlə münasibətləri adiləşdirən altı ərəb ölkəsinin ilk açıq toplantısı BƏƏ-də keçirilib

Sionist rejimlə münasibətləri adiləşdirən altı ərəb ölkəsinin  ilk açıq toplantısı BƏƏ-də keçirilib. 
 
Maide.az xəbər verir ki, bu barədə sionist rejim mediyası xəbər yayıb.
 
Bildirilir ki, İsrail BƏƏ, Bəhreyn, Misir,  İordaniya, Mərakeş və Sudanla birlikdə “N7” adlı toplantıda bir araya gəlib.  
 
Qeyd edək ki, toplantının adı işğalçı rejimlə  münasibətlərin adiləşdirilməsində  iştirak edən ölkələrin sayını göstərir. Toplantı Ekspo sərgisi çərçivəsində baş tutub. 
 
Bildirilir ki, bu toplantı üçün 6 ay vaxt sərf olunub.  Jeffrey M. Talpins İnstitutu və Atlantik Şurası görüşə ev sahibliyi edib.
 
Atlantik Şurasının Yaxın Şərq Proqramının direktoru William Wechsler, görüşün işğalçı rejimlə  münasibətlərin adiləşdirilməsinə necə kömək etməyi hədəflədiyini söyləyib.
 
ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi də bu addımı alqışlayıb.
 
Qeyd edək ki, müsəlman ölkələri bu günə qədər Fələstin məsələsinə görə işğalçı İsrail rejimi ilə diplomatik əllaqələri kəsmişdi. Dəfələrələ buna cəhd olunsa da ictimai qınaq nəticəsində hər hansı əlaqə bərpa olunmamışdır.  Lakin son bir neçə ildə beynəlxalq hegemon qüvvələr o cümlədən ABŞ və bir sıra Avropa ölkələri  Fələstin məsələsini siyasi gündəmdən salmaq  üçün Fars Körfəzi ölkələri ilə sionist rejimin diplomatik əlaqələrinin adiləşdirilməsinə cəhd edirlər. Bununla da Fələstin məsələsini kənarda saxlamağa çalışırlar.