Sionist rejim polisi Əqsa məscidinin xətibini həbs edib

Sionist rejim qüvvələri Əqsa məscidinin xətibini həbs edib. 
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki,  Şeyx Əkrəmə Səbri sionist rejiminin Əqsa məscidinə giriş qadağası qərarını pozaraq Cümə namazını bu məsciddə qılıb. Buna görə də sionist rejiminin polisləri onu həbs edib, onu Qərbi Qüdsdəki hərbi qərargaha apararaq sorğulayıblar.
 
Əqsa məscidinin xətibi Şeyx Əkrmə Səbri ötən gün Qərbi Qüdsün "əl-Məskubuyyə" hərbi qərargahında sionist rejiminin təcavüzkarcasına həyata keçirdiyi planları pisləyib.
 
O, istintaq zamanı sionist rejiminin onun əleyhinə səsləndirdikləri ittihamları rədd edib, Əqsa məscidinə müsəlmanların girişini qadağan etmələrini qeyri-qanuni və zalimanə adlandıraraq deyib: Dünyanın heç bir yerində belə bir şey yoxdur ki, insanları ibadət ocaqlarına getməyini yasaqlasınlar.
 
Bundan öncə sionist rejimi Şeyx Əkrəmə Səbriyə 4 ay Əqsa məscidinə girməməsi barədə xəbərdarlıq etmişdi.
 
Fələstinlilər sionistlərin bu addımının ardınca Şeyxə dəstək aksiyası keçirib.