Sionist rejim qüvvələri Qəzza zolağını bombardman etməyə davam edir

Ötən gecə sionist İsrail rejim  qüvvələri  növbəti dəfə Qəzza zolağını bombardman edib.  
 
Maide.Az "eastnews"a istinadla xəbər verir ki, bu barədə fələstinli fəallar öz “Tvitter” hesablarında məlumat veriblər. 
 
Məlumata əsasən, rejim aviasiyası Qəzza zolağının şimalında yerləşən Beyt Hənun, cənubda yerləşən Rəfah şəhəri, Qəzzanın şərqində yerləşən Deyr əl-Bəlah şəhəri, həmçinin Qəzza zolağının mərkəzinə aviasiya zərbələri endirib. 
 
Bombardman nəticəsində fələstinlilərə məxsus bir neçə ev dağıdılıb, gecə boyu zərbələr davam edib.