Sionist rejim qüvvələri daha 12 fələstinlini saxlayıb

Sionist İsrail rejim qüvvələri  Qərbi şəriyəyə bölgəsinə basqın edib və 12 fələstinlini heç bir ittiham irəli sürmədən saxlayıb. 
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, işğalçı rejimin hücumu zamanı fələstinlilər və işğalçı rejim qüvvələri arasında  qarşıdurma baş verib. 
 
Sionist rejim  qüvvələri fələstinliləri dağıtmaq üçün gözyaşardıcı qaz və  həqiqi güllələrdən istifadə edib. 
 
Qeyd edək ki, bundan öncə də  işğalçı rejim qüvvələri Qərbi şəriyə bölgəsinə hücum edərək  onlarla fələstinlini həbs etmişdi. Belə ki, ötən ay ərzində işğalçı rejim  Fələstinin işğal olunmuş ərazilərində hücumlar təşkil edərək 400-dən çox fələstinli həbs etmişdi. Saxlanılanlar arasında azyaşlıların da olduğu qeyd edilib.
 
Hazırda sionist rejim həbsxanalrında 4 mindən çox fələstinli məhbus  saxlanılır.