Sionist İsrail rejimi işğal olunmuş Qolan təpələrində 7000 mənzil tikməyi planlaşdırır

Sionist İsrail rejimi işğal olunmuş Qolan təpələrində 7000 mənzil tikməyi planlaşdırır.
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə işğalçı rejimin Məskən naziri Zeev Elkin məlumat verib. 
 
Rejim  2026-cı ilədək işğal olunmuş Qolan təpələrinə köçürülən yəhudi mühacirlərin sayını iki dəfə artırmağa çalışır. Yeni layihəyə əsasən,  Qolan təpələrinin ətrafındakı kəndlərdə  4 min ev tikiləcək. 
 
Zeev Elkin Qolan təpələrinin işğalçı rejim üçün  stratejik əhəmiyyət kəsb etdiyni deyib və qeyd edib ki,  bu bölgədə mühacirələrin sayının artırılması Qolan təpələrinin  gücləndirilməsinə səbəb olacaq.  
 
Məlumata görə, sionist rejim  Qolan təpələrində infrastrukturu inkişaf etdirməklə  bu bölgəyə yəhudi mühacirlərin köçürülməsinə diqqət ayırırlar.
  
Qeyd edək ki, cari ilin əvvəlindən indiyədək işğalçı rejim  20 min  mühaciri dünyanın müxtəlif ölkələrindən,  xüsusiilə ABŞ və Rusiyadan  Fələstinin işğal olunmuş ərazilərinə köçürüb. 
 
Xatırladaq ki, Qolan platosu adı ilə də tanınan Qolan təpələri Livan, İordaniya və Suriya ilə sərhəd ərazidə yerləşir. Ərazidə zəngin su qanyaqları var. Qolan təpələri Suriyanın ərazisində yerləşsə də, 1967-ci ildə baş vermiş Altı günlük müharibə zamanı  İsrail rejimi  tərəfindən işğal edilib. 1981-ci ildə sionist rejim Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan edib. Beynəlxalq təşkilatlar isə, bu ərazini İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi hesab edir.