İslandiya yığması Rumıniyaya qalib gələrək AVRO-2020-yə çıxmaq şanslarını qoruyub

Reykyavikdə keçirilmiş qarşılaşma 2:1 hesabı ilə başa çatıb. Meydan sahiblərinin heyətində Gilfi Siqurdsson iki top vurub (16-cı və 35-ci dəqiqələrdə), qonaqlardan Aleksandru Maksim fərqlənib (63, penalti).
 
İslandlar AVRO-2020-nin pley-off mərhələsinin finalında Macarıstanla qarşılaşacaqlar. Macarlar öz növbələrində Bolqarıstana qalib gəliblər - 3:1. Oyun noyabrın 12-də keçiriləcək.
 
Futbol üzrə Avropa çempionatı koronavirus pandemiyasına görə 2020-ci ildən 2021-ci ilə keçirilib. / sputnik/