Süleyman Dəmirəl 1997-ci il hərbi çevrilişi işi üzrə ifadə verəcək

Türkiyənin eks-prezidenti Süleyman Dəmirəl 1997-ci il hərbi çevrilişi işi üzrə ifadə verəcək. Bu barədə Trend şənbə günü "Milliyət" qəzetinə istinadən xəbər verir.

Qəzetin məlumatına görə, S.Dəmirəldən başqa, 1997-ci ildə hərbi çevriliş zamanı dövlət məmuru işləmiş daha 103 nəfər ifadə verəcək.

Qeyd edək ki, ötən il sentyabrın 25-də S.Dəmirələ qarşı 1997-ci il fevralın 28-də baş vermiş hərbi çevrilişdə iştirak etməkdə ittiham irəli sürülmüşdü.

Xatırladaq ki, həmin çevriliş zamanı Baş nazir Nəcməddin Ərbakan istefaya getmişdi.