Dünyanın ən böyük nüvə silahı sahibi və onu istifadə edən yeganə ölkə olan ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price, Çinin nüvə arsenalından narahat olduğunu dilə gətirib.
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, N.Price deyib ki, Çinin böyüyən nüvə arsenalı “narahatedici”dir.
O Çinin 100-dən çox yeni atom raket silosu tikməsini ABŞ-ın narahatlığının səbəbi kimi göstərib.
Qeyd edək ki, Sputnik agentliyi Çinin Qansoy əyalətində 119 yeni atom raket silosu tikməsinə dair peyk görüntüləri ilə bağlı hesabat yayımlayıb.
Hesabatda bildirilir ki, Çinin 250 – 350 atom bobması olan nüvə arsenalı var.