SOCAR Sumqayıt və Abşeronda qeydiyyatda olanlara müraciət etdi

ARDNŞ, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzinə şagird qəbulu üçün müsabiqə elan edir. Müsabiqədə yaşı 29-dan çox olmayan, minimum tam orta təhsilli, həqiqi hərbi xidmət keçmiş (oğlan üçün), Sumqayıt şəhərində və Abşeron rayonunda qeydiyyatı olan vətəndaşlar və həmçinin həmin ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailəsi üzvləri iştirak etmək hüququna malikdirlər. Tələb olunan sənədlər və qaydalar haqqında məlumatı "Qəbul qaydaları" bölməsindən, elektron müraciət formasını isə "Müraciət et" bölməsində doldura bilərsiniz. 

Sumqayıt Təlim, Tədris Mərkəzinə müraciət fomasında qeyd edilən ixtisaslar üzrə cəmi 96 nəfər şagird qəbul olunacaqdır:

İxtisaslar Yer sayı
1 Avtomatik idarəetmə sistemi üzrə operator 24
2 Elektrik montyoru 9
3 Kompressor qurğusu maşinisti 13
4 Təmirçi çilingər 8
5 Texnoloji qurğuların operatoru 30
6 Qablaşdırma üzrə operator 12
CƏMİ 96