İspaniyada tibb işçilərinin etiraz aksiyası

Yeni növ koronavirusun (Covid19) ən çox yayıldığı ölkələrdən biri olan İspaniyanın paytaxtı Madrid xəstəxanalarında çalışan tibb işçiləri iş şəraitinə etiraz etdi.
 
Maide.Az "dunyabulteni"-ə istinadla xəbər verir ki, axşam saatlarında Madriddə qısa müddətə işdən ayrılan tibb işçiləri çalışdıqları xəstəxana qarşısında  aksiya keçirib.
 
Problemlərinin yeni olmadığını, illərlə mübarizə apardıqlarını deyən tibb işçiləri "şərəfli müqavilələr bağlanmasını və səhiyyə müəssisələrində iş şəraitinin yaxşılaşdırılmasını" tələb ediblər. 
 
Covid-19-dan həyatını itirənlər üçün 2 dəqiqəlik sükut edən tibb işçiləri, maska ​​və əlcək taxaraq sosial məsafəyə də diqqət çəkdilər.
 
İtalyada koronovirusa yoluxan 50 mindən çox tibb işçisinin 76-sı həyatını itirib.