İspaniya İslam Komissiyasının sədri virusdan dünyasını dəyişib

İspaniya İslam Komissiyasının başçısı Riay Tatari yeni növ koronavirusdan dünyasını dəyişib.

 
Maide.Az xəbər verir ki, Suriya mənşəli və 1960-cı illərin sonlarında İspaniyaya gələn Tatari, uzun müddət Madrid Mərkəzi Məscidinin imamı və İspaniya İslam Komissiyasının başçısı vəzifəsini icra edib. O, "Kovid-19"a görə müalicə aldığı Madriddəki xəstəxanada dünyasını dəyişib.
 
İspaniyadakı müsəlman cəmiyyətinin ən əhəmiyyətli liderlərindən biri olaraq tanınan Tatarinin ölümü ilə əlaqədar, ölkədəki katolik və yəhudi qurumları ilə Madrid arxiyepiskopu Kardinal Karlos Osoro Sierra başsağlığı mesajı yayımlayıblar.
 
Tatari ilə birlikdə aparılan həyat yoldaşının vəziyyətinin də ağır olduğu bildirilir.