İsrail Dəməşq ətrafına aviazərbələr endirdi - Video

Fələstin müqavimət qruplarının fevralın 23-ü səhər saatlarında İsrail rejiminin cənubuna 20 raket atdığı bildirilir.
 
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, İsrail rejiminin hərbçiləri (İDF) onlara qarşı raket hücumu planlaşdırıldığı barədə məlumat aldıqlarını açıqlayıb. Sionist ordusu Tvitterdə günün əvvəlində Qəzzadan 20-dən artıq raketin atıldığını, ümumilikdə 10 raketə müdaxilə olunduğunu bildirib.
 
İDF atəş altındakı bölgələri xəritə ilə paylaşıb. Raketlərə görə sirenlərin İsrail rejiminin cənub bölgələrində işə düşdüyü paylaşılıb. İsrail rejimi son hücumlara görə, İslam Cihadı günahlandırır.
 
Qəzzadan raketlər atıldıqdan sonra, sionist rejim cənub bölgəsindəki bütün bunkerləri açıb.
 
Bildirilir ki, Fələstin müqavimət qrupları İsrail rejiminin qüvvələrinin Qəzzanın şərq sərhədində bir fələstinlini öldürülməsinə cavab olaraq İsrail rejiminin cənubuna 20 raket atdığı qeyd edilib. İsrail rejiminin qüvvələri fevralın 23-ü səhər Qəzzanın şərq sərhədində bir fələstinlini qətlə yetirib və 2 fələstinlini yaralayıb.
 
İsrail rejimi döyüş təyyarələrinin gecə saatlarında Qəzzada Xan Yunusun qərbindəki bəzi bölgələrə hava hücumu etdiyi bildirilib.