Livan Parlamentinin üzvü, “Hizbullah” millət vəkili Həsən Fadlallah sionist İsrail rejiminin hücumlarına məruz qalan sərhəd bölgəsindəki Marun ər-Ras rayonunu ziyarət edib.
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, Livan qüvvələrinin hücumları qarşılıqsız qoyan bir ölkə olmadığını bildirib:
“Düşmən artıq Livana istədiyi zaman hücum edə bilməyəcəyini anladı. Artıq cənub bölgələrdə sabitlik bərqərar olub. Əhali normal həyatına davam edir”.
Qeyd edək ki, sionist İsrail qüvvələrinə dünən Livanın Marun ər-Ras, Aytaron və Yaron bölgələrinə 100-dən çox raket zərbəsi endirib.
“Hizbullah” qüvvələri isə İsrailin Avivim hərbi məntəqəsini vurub.