İsrail qüvvələri Fələstin partiyasının ofisinə basqın edib

İsrail rejiminə aid silahlı qüvvələr İordan çayının işğal olunmuş qərb sahilindəki Ramallah şəhərində Fələstin Demokratik Xalq Azadlıq Cəbhəsinə (FDXAC) məxsus ofisə basqın təşkil edib.
 
FDXAC-nin baş katib müavini Qeys Əbdülkərim bildirib ki, İsrail rejiminə aid silahlı qüvvələr basqında cihazları, kitabları, broşür və bayraqları müsadirə edib.
 
"İşgalçı güclər Fələstin xalqının müqavimət mübarizəsini susdurmağa çalışır, ancaq nail olmayacaqlar", - deyən Əbdülkərim, Fələstin müqavimətinin davam edəcəyini vurğulayıb.
 
Şahidlərin bildirdiyinə görə, İsrail əsgərləri ofisi yararsız hala salıblar.
 
Basqın zamanı həmçinin İsrail əsgərləri ilə Fələstinli gənclər arasında dava-dalaş baş verib. İsrail qüvvələri qarşıdurma zamanı həqiqi və plastik güllə ilə gözyaşardıcı qazdan istifadə edib. /FaktXəbər