İşğalçı İsrail qüvvələri Fələstin dövlət televiziyasının Qüdsdə veriliş hazırlayan 4 əməkdaşını saxlayıb.
Saxlanılan jurnalistlərin Kirstin Rinavi, Əli Yasin, Dana Abu Şəmsiyə və Amir Abidrabu olduğu bildirilib.
Onların istintaq mərkəzinə aparıldığı qeyd edilib.
Xatırladaq ki, 2 həftə əvvəl Fələstin dövlət televiziyasının Qüdsün Suvanna məhəlləsindəki ofisi İsrail İctimai Təhlükəsizlik naziri Gilad Erdanın göstərişi ilə bağlanmışdı. /eastnews