İsrail qüvvələri 18 fələstinlini həbs etdi

Eastnews.org-un verdiyi xəbərə görə, İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 18 fələstinlini həbs edib. 
 
Fələstinli Məhkumlar Cəmiyyəti tərəfindən verilən yazılı açıqlamada İsrail rejimi qüvvələrinin gecə saatlarında İordan çayının qərb sahilinin bəzi bölgələrinə, xüsusən də Cənin şəhərinə basqın etdiyi ifadə edilib.  
 
 Həbs olunanların əksəriyyəti Tulkərim şəhərindəndir.   
 
Xatırladaq ki,  İsrail ordusunun İordan çayının qərb sahilində yerləşən Cənin şəhərinin Cəba qəsəbəsində təşkil etdiyi basqında 6 fələstinli də  yaralanıb