İsrail rejimi 2019-cu ildə 745 fələstinli uşağı həbs edib

2019-cu ilin ilk 10 ayında İsrail rejiminin qüvvələri 745 fələstinli uşağı həbs edib.
 
Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, Fələstinli Məhbuslar Cəmiyyəti “20 noyabr-Dünya uşaq hüquqları günü” münasibətilə bir hesabat yayaraq, İsrail rejiminin həbsxanalarında 200-dən çox fələstinli uşağın olduğunu qeyd edib.
 
İsrail rejiminin qüvvələrinin 2019-cu ilin əvvəllərindən oktyabr ayının sonuna qədər 18 yaşdan kiçik 745 fələstinli uşağı nəzarətə götürdüyü bildirilən hesabatda, bu uşaqların təhsil başda olmaqla ailələrinin ziyarətinə icazə verilməməsi və müalicələri üçün ehtiyac duyduqları dərmanların verilməməsi kimi, bəzi hüquq pozuntularına məruz qaldığı bildirilib.
 
2015-ci ildə Təl-Əvivin fələstinli uşaqlara ağır cəzalar tətbiq edilməsinə dair bir sıra qanun layihələri qəbul etdiyi vurğulayan hesabatda, İsrail rejiminin qüvvələrinin 2015-ci ildən etibarən tutulan bəzi uşaqlara birbaşa atəş açdığı, təhqir və ya təzyiq etdiyi və zorakı hücum etdiyi qeyd olunub.
 
Hesabatda beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin Uşaqlara Yardım Fondundan (UNİCEF) Fələstin uşaqlarını qorumaq üçün daha çox səy etmələri istənilib.