İsrail rejimi həbsxanada beyin şişindən əziyyət çəkən fələstinliyə kömək etmir

Fələstinli Məhbuslar Komitəsi, onkoloji xəsləliklə mübarizə aparan 34 yaşlı məhkum Eyad Cərcavinin vəziyyətinin ağır olduğunu söyləyib. Sionist rejimi Gilboa həbsxanasında fələstinli məhbus Eyad Cərcavini qəsdən tibbi xidmətlərdən məhrum edərək, onun həyatdan tez getməsinə çalışır.

 
Maide.Az "Deyerler.org"a istinadən verdiyi xəbərə görə, insan haqları fəallarından verilən açıqlamada, Qəzza zolağındakı Xan Yunis şəhərinin sakini Cərcaviyə bu yaxınlarda beyin xərçəngi diaqnozu qoyulduğu deyilir: "Ona təcili əməliyyat lazımdır. Hər hansı bir gecikmə ölümcül nəticələrə səbəb ola bilər! Qardaşımız Cərcavi təcili əməliyyat üçün həbsxana xəstəxanasına yerləşdirilmədiyi təqdirdə görmə qabiliyətinin itməsi və hemiplegiya (bədənin yarısının iflici) riski altındadır". Komitə, Cərcavi və digər ağır xəstəliklərdən əziyyət çəkən fələstinli məhbusların məsuliyyətini İsrail rejiminin üzərində qoymuşdur. Bu insanlar koronavirus pandemiyası və həbsxana rəhbərliyi tərəfindən onun yayılmasına qarşı hər hansı bir profilaktik tədbir görülməməsi səbəbi ilə hal-hazırda daha çox risk altındadır", - deyə müraciətdə qeyd edilib.
 
Xatırladaq ki, Eyad Cərcavi sionistlər tərəfindən 2011-ci ilin iyununda həbs edilmiş və 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Azadlığı buraxılmağını cəmi iki ay qalır. Sionist rejimi Cərcavinin ağır vəziyyətinə göz yumaraq terrorçu siyasətinə davam edir.