İsrail Suriyanın cənubunu hədəfə alıb, havadan müdafiə hərəkətə keçib

 İsrail hərbi helikopterlər və raketatan qurğular vasitəsilə Suriyanın Qunaytara əyalətini hədəfə alıb.
 
 Bildirilib ki, ötən gecə İsrailin helikopterləri Qunaytara əyalətinin əl-Qahtaniyyə qəsəbəsini hədəfə alıblar.
 
Eləcə də Qunaytara əyalətinin digər bölgələrinə raket atılıb.
 
Suriyanın havadan müdafiə sistemləri Dəməşqin cənub-qərb səmasında hərəkətə keçib.
 
Məlumata görə İsrailin təcavüzü nəticəsində ölən olmayıb, xəsarətlər isə yalnız maddi ziyanlardan ibarətdir. /SalamNews  /