Sürücülərin nəzərinə - bu yol bağlanır

Aparılan təmir işləri ilə əlaqədar Biləcəri-Binəqədi yolunun Binəqədi şossesinə birləşən hissəsində sentyabr ayının 26 və 27-i hərəkət qismən məhdudlaşdırılacaq.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Modern.az-a verilən məlumata görə, sürücülərdən sözügedən ərazidə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur:
 
"Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik".