Sumqayıtda mikroavtobus dirəyə çırpıldı, ölən var

Sumqayıtda baş verən qəzada 1 nəfər ölüb.
 
TƏBİB-dən Trend-ə verilən məlumata görə, hadisə mikroavtobusun piyadanı vurması nəticəsində baş verib.
 
Piyadanı vuran  "Mercedes Sprinter" markalı 10 ND 312 dövlət nömrə nişanlı sərnişin mikroavtobus idarəetməni itirərək yolun kənarındakı dirəyə çırpılıb və yolun qarşı hərəkət istiqamətinə keçib.
 
Nəticədə sürücü ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
 
Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.