Sumqayıtda süpürgəçi qadını avtomobil vurub

Sumqayıtda süpürgəçi qadını avtomobil vurub.
 
Hadisə 26-cı məhəllə ərazisində baş verib.
 
Şəhər sakini, Sumqayıt Təmizlik Departamentinin dalandarı, 1960-cı il təvəllüdlü Hüseyxanova Lətifə Hüseyxan qızı iş başında olarkən onu avtomobil vurub.
 
Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır. /Report