Suriyada neft emalı zavodunda partlayış, ölən və yaralananlar var

Suriyanın şimal-qərbində yerləşən Baniyas şəhərinin neft emalı zavodunda partlayış baş verib.
 
Maide.Az “Qafqazinfo”a istinadla xəbər verir ki,  bu barədə “Reuters” xəbər verib.
 
Agentlik hadisə nəticəsində bir nəfərin öldüyünü, bir neçə nəfərin yaralandığını yazıb.
 
İlkin ehtimallara görə, partlayış texniki işlər aparıldıqdan sonra rezervuarların birində baş verib.