Təbriz yaxınlığında baş vermiş zəlzələdə ölənlərin sayı 5 nəfərə çatıb

İranın Şərqi Azərbaycan əyalətində baş verən zəlzələdə ölənlərin sayı 5 nəfərə çatıb. Maide.Az xəbər verir ki, bunu Şərqi Azərbaycan əyalətinin böhranın idarəetmə idarəsinin baş direktoru Məhəmməd Baqir  Hünərbər bidlirib.
 
O bildirib ki, təbii hadisə zamanı daha 120 nəfər xəsarət alıb, 30 ev tamamilə dağılıb. 
 
Zəlzələ Ərdəbil, Zəncan və digər əyalətlərdə də hiss olunub.  Ərdəbildə  zəlzələ nəticəsində bir neçə nəfər yaralanıb. 
 
Qeyd edək ki, bu axşam yerli vaxtla saat 02.17-də Şərqi Azərbaycan əyalətinin Miyana şəhəri yaxınlığında baş vermiş  5.9 bal gücündə olan zəlzələnin episentri Təbriz şəhərindən 156 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 62 kiometr dərinlikdə olub. 
 
Xatırladaq ki, zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı, Masallıda hiss olunub. 
 
Yeraltı təkanlar 6 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.