Təyyarə eniş edərkən zolaqdan kənara çıxıb - VİDEO

 Iranın Mahşəhr şəhər hava limanında təyyarə eniş edərkən zolaqdan kənara çıxıb.
 
Maide.Az "Mehr" agentliyinə istinadla xəbər verir ki, hadisə bu gün səhər yerli vaxtla 06.35-də qeydə alınıb. Qəzaya uğrayan təyyarənin Kaspian hava yollarına məxsus olduğu bildirilir.
 
Tehrandan  Mahşəhər istiqamətinə uçan təyyarədə texniki nasazlıq yarandığı üçün eniş zamanı zolaqdan çıxıb.  Hadisə zamanı xəsarət alanın olmadığı bildirilir.