Təcili yardım maşını qəzaya uğradı, tibb işçiləri yaralandı

Bu gün səhər saatlarında Salyan-Biləsuvar avtomobil yolunda təcili yardım maşını qəzaya uğrayıb.

 
 Maide.Az "Report"a istinadla xəbər verir ki,hadisəyə dumanlı hava şəraitinin səbəb olduğu bildirilir.
 
Hadisə nəticəsində Bakıdan Lənkərana xəstə aparan təcili yardım briqadasının əməkdaşları - həkim, 1955-ci il təvəllüdlü Sidiqə Quliyeva və tibb bacısı, 1983-cü il təvəllüdlü Gülarə Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır.