Tacikistanda Orta Asiyada ən böyük məscidin tikintisi başa çatmaq üzrədir

Düşənbədə Orta Asiyada ən böyük olacaq Məscidin tikintisi başa çatmaq üzrədir.
 
Maide.Az "islam.ru"a istinadla xəbər verir ki, inşası təqribən on il çəkən müsəlman məbədinin açılış mərasimi bu ilin oktyabrına planlaşdırılır. 
 
Məscid layihəsinin hazırlanmasında Tacikistan və Qətər mütəxəssislərin iştirak etdiyi qeyd olunur. Layihənin ümumi dəyəri 100 milyon dollar qiymətləndirilir. 47 metrlik əsas günbəzlə yanaşı, məscidin daha 20 böyük və kiçik qübbəsi, hündürlüyü 75 metr olan dörd minarəsi var.
 
120 minə yaxın mömin binada və məbəd ərazisində eyni zamanda namaz qıla biləcək. Binada namaz zallarından əlavə kitabxana, muzey və akt zalı da olacaq.