Tacikistanda İslam Bankı fəaliyyətə başlayıb

Tacikistan Milli Bankı ölkənin ilk İslam bankı olan “Tavhidbank” ASC-nə lisenziya verib.
 
Maide.Az xəbər verir ki, TMB-nın mətbuat xidmətindən verilən məlumata görə, bidirilir ki, "Tavhidbank" ASC lisenziyaya uyğun olaraq, milli və xarici valyutada İslam bankçılığı əməliyyatlarını həyata keçirəcək.
 
"Bu hadisə xarici kapital sistemi cəlb etməyə və Tacikistanda İslam bankçılığı prinsiplərinə uyğun yeni bankların açılmasına kömək edərək, ölkənin bank sistemində yeni səhifə açacaq” – “Tavhidbank”ın rəhbəri Şerali Zardov bildirib.