İtaliyada xilas etmə xidmətinin zabitləri 268 miqrantın ölümünə görə mühakimə olunacaq

İtaliyada yaxın günlərdə İtalyan Sahil Mühafizəsi nəzarət mərkəzinin əməkdaşı və İtaliya Hərbi Dəniz Qüvvələrinin əməliyyat xidməti komandirinin - 2013-cü ilin oktyabr ayında Aralıq dənizində gəmi qəzasında 268 miqrantın ölüm hadisəsi ilə bağlı məhkəmə işi başlayacaq. 
 
Maide.Az "islam-today"a istinadla xəbər verir ki, proses dekabrın 3-də başlamalıdır.
 
Təqsirləndirilən şəxslər xidməti vəzifələrin pozulmasında və qəsd olmadan adam öldürmədə ittiham olunurlar.
 
Xatırladaq ki, ölən 268 nəfər arasında 60 uşaq da var idi. Bu qəza Avropada miqrasiya böhranının başlanmasından bəri ən ciddi qəza hesab olunur.