Tatarıstanda respublika iftarı baş tutacaq

Tatarıstanda ikinci respublika iftarı iyulun 8-də "Kazan Arena"da baş tutacaq.
 
Bu barədə Ramazan ayının keçirilməsi ilə bağlı məsələlərə həsr edilmiş mətbuat konfransında ölkə müftisi Kamil Samiqullin bildirib. O, 2011-ci ildə "Gül-Şərif" yaxınlığındakı meydanda və sirk qarşısında da belə iftarın keçirildiyini xatırladıb.
 
İftarda təxminən 2 min nəfərin iştirakı gözlənilir. Camaat namazı da "Kazan Arena"da bunun üçün xüsusi olaraq nəzərdə tutulmuş yerdə baş tutacaq.SalamNews