Tbilisidə Saakaşvilinin tərəfdarları mitinqə toplaşır - FOTO

Tbilisidə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə keçiriləcək kütləvi mitinqin iştirakçıları Azadlıq meydanında toplaşmağa başlayıb.
 
Maide.Az xəbər verir ki, “Report”un yerli bürosu xəbər verir ki, hazırda aksiyaçılar bir neçə istiqamətdən “Mişa!” şüarı səsləndirərərk Azadlıq meydanına doğru yürüş edirlər.
 
Vahid Milli Hərəkat Partiyasının təşkil etdiyi aksiyada müxalifətçilər və üçüncü prezidentin tərəfdarları iştirak edirlər.
 
“Mişaya azadlıq!” şüarlı mitinqə müxtəlif bölgələrdən çoxsaylı iştirakçılar qatılıb.
 
Aksiyada M.Saakaşvilinin müraciəti oxunacaq.
 
Mitinq ilə bağlı şəhərin Respublika meydanından Azadlıq meydanına qədər olan mərkəzi avtomobil yolu bir neçə saat öncə bağlanıb. Meydan ətrafına əlavə polis qüvvələri və xüsusi təyinatlılar səfərbər olunub.
 
Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, hazırda Rustavi həbsxanasındadır və artıq 14-cü gündür aclıq aksiyası keçirir.