Terror qurbanlarının 80 faizi müsəlmanlardır

Fransız Terror Qurbanları Dərnəyi, müsəlmanların terror aktlarına görə məsuliyyət daşıdığı fikrini tənqid edərək, terror qurbanlarının ən çoxunun müsəlmanların özləri olduğunu bildirib. 
 
Maide.Az An-Nashra saytına istinadla xəbər verir ki, Fransanın Terror Qurbanları Assosiasiyasının rəhbəri Qiyom  Denua de Sen Mark, Cümə axşamı günü Nitsa şəhərində terror qurbanlarına həsr olunmuş beynəlxalq toplantıda deyib: "Terror qurbanlarının 80% -i müsəlmandır".
 
"Bəzi insanlar terror hücumlarının təşkilatçılarının yalnız müsəlmanlar olduğuna və qurbanların qeyri-müsəlman olduqlarına inanırlar. Bu belə deyil, çünki terror aktlarının qurbanları müsəlmanlar özləridir", deyə, Mark əlavə edib.
 
Fransada müsəlmanlara qarşı təzyiq o qədər yüksəkdir ki, BMT hökumətin müsəlmanlara münasibətini tənqid edib.
 
BMT Fransa hökumətini bu ölkədəki müsəlman icması ilə əlaqələri yaxşılaşdırmağa çağırıb, çünki müsəlmanlar terrorçu hesab edilərək, anlaşılmazlığın qurbanıdırlar.