ABŞ Prezidenti Donald Tramp etiraz aksiyalarının davam etdiyi Nyu-York şəhərinə qoşunları yeritməyə çağırıb.
Bu barədə D.Tramp öz “Twitter” səhifəsində yazıb.
Prezident vurğulayıb ki, Nyu-Yorkda vəziyyət nəzarətdən çıxıb:
“Şəhərin meri və ştatın qubernatoru etirazları dərhal dayandırmalıdır”.
D.Tramp daha sonra ştat rəhbərliyinin federal qoşunları köməyə çağırmasını gözlədiyini yazıb. /Trend