Türkiyə AB ilə vizala rejiminin liberallaşdırılması ilə bağlı danışıqları gücləndirir

Türkiyə Avropa Birliyi (AB) ilə vizala rejiminin liberallaşdırılması ilə bağlı danışıqları gücləndirir. Müvafiq sərəncamı prezident Ərdoğan imzalayıb
 
Maide.Az "AA"a istinadla xəbər veri rki, prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə ilə AB arasında viza rejiminin liberallaşdırılması meyarlarına uyğun addımların sürətləndirilməsi üçün sərəncam imzalayıb.
 
Çərşənbə günü Türkiyə hökumətinin rəsmi mətbuat orqanı Resmi Gazete-də dərc edilmiş sənəddə vizanın liberallaşdırılması üçün qalan meyarlara cavab vermək üçün addımların atılmasının vacibliyi vurğulanır.
 
"Türk vətəndaşları üçün Şengen vizalarının ləğvi şərtlərini yerinə yetirmək üçün Avropa Komissiyası ilə razılaşdırılmış meyarların etibarlılığını təmin etməklə Vizaların Liberallaşdırılması Yol Xəritəsinin həyata keçirilməsini sürətləndirmək vacibdir. Bu prosesdə Aİ ilə dialoqun başlanmasına və uğurla təşviqinə kömək edən struktur və təşkilatlar xüsusi rol oynayır" deyə əmrin mətnində deyilir.
 
Sənəddə Avropa Birliyi ilə dialoq prosesində Xarici İşlər Nazirliyi ilə Türkiyənin Aİ işləri üzrə İdarəsi arasında koordinasiyanın zəruriliyi, həmçinin Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin bu prosesə verdiyi töhfə qeyd olunur.