Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 21-ə çatdı

Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə bağlı axtarış-xilasetmə işləri davam edir.
 
Maide.Az xəbər verir ki,  baş verən ardıcıl zəlzələlərdə 21 nəfər həlak olub, 1500-ə yaxın şəxs yaralanıb.
 
Qeyd edək ki, ötən gecə Elazığda 6.5 bal gücündə zəlzələ baş verib.  Elazığın Sivricə əyalətində baş verən zəlzələ bir çox vilayətdə hiss edilib. Zəlzələnin 6.8 bal gücündə olduğu bildirilir.
 
Yeraltı təkan yerli vaxtla saat 20.55-də qeydə alınıb. Təkanların ocağı yerin 6.75 kilometr dərinliyindədir.