Türkiyədə ağır yol qəzası oldu, onlarla yaralı var

Türkiyədə ağır yol qəzası baş verib.
 
“Report”un məlumatına görə, bu barədə “Anadolu” agentliyi xəbər yayıb.
 
Qeyd edilir ki, Aksaray-Adana magistral yolunda sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 42 nəfər xəsarət alıb.
 
Hadisə yerinə xilasedicilər, yanğınsöndürənlər və təcili yardım cəlb edilib.
 
Qəza ilə əlaqədar yük avtomobilinin sürücüsü saxlanılıb.