`Twitter`də mesajlara reaksiya bildirmək imkanı əlçatan olub

“Twitter” mikrobloqlar xidmətində şəxsi mesajlara reaksiya bildirmək imkanı əlçatan olub.
 
İndi istifadəçilər şəxsi mesajlara öz reaksiyalarını ifadə etmək imkanına malikdirlər.
 
“Twitter” bu funksiyanı ötən il sınaqdan keçirməyə başlayıb.
 
2020-ci il yanvarın 23-dən etibarən sözügedən funksiya xidmətin bütün istifadəçilərinə əlçatan olub. Dəstək xidməti reaksiyaların düzgün göstərilməsi üçün proqramı yeniləməyi tövsiyə edib.
 
Həmçinin istifadəçilər öz reaksiyalarını istənilən vaxt silə bilərlər. /faktxeber