Ukrayna Ali Radasının yeni I vitse-spikeri seçilib

Ukraynanın hakim "Xalqın xidmətçisi" Partiyasının sədri Oleksandr Kornienko Ali Radanın (parlament) yeni I vitse-spikeri seçilib.
 
Maide.Az xəbər verir ki, təyinat Radanın bu gün plenar iclasda keçirilən səsvermədə baş tutub. Onun namizədliyinin lehinə 256 deputat səs verib.
 
O.Kornienko çıxışında Radada islahat aparmağın vacibliyini vurğulayıb: "Biz özümüzü islah etməliyik. Qanunların tez bir zamanda qəbul olunmasını təmin etməliyik. İnsanlar bizdən sürətli qərarlar gözləyir".
 
O bildirib ki, ilk növbədə həm qanun layihələrinin qəbul edilməsi, həm də səsvermənin aparılması qaydalarını və prosedurunu islah etmək lazımdır.
 
Qeyd edək ki, Ali Radanın əvvəlki I vitse-spikeri Ruslan Stefançuk ötən həftə istefa verən Dmitri Razumkovun yerinə sədr seçilib.