Ukraynada hicabla pasporta şəkil çəkdirməyə icazə verildi

Ukraynada müsəlman qadınlara şəxsiyyəti təsdiq edən sənədlər üçün hicabla fotoşəkillər çəkdirməyə icazə verilib.
 
Maide.Az "Cantv.az" a istinadla xəbər verir ki, bundan sonra ölkənin müsəlman qadınları pasport üçün şəkil çəkdirərkən hicablarını çıxarmaq məcburiyyətində qalmayacaqlar. 
 
Ukrayna Nazirlər Kabinetinin 17 iyul 2019-cu il tarixli müvafiq qərarı hökumət portalında yayımlanıb. 
 
Dəyişikliklərin məqsədi Ukrayna qanunvericiliyini beynəlxalq səviyyəyə uyğunlaşdırmaqdır. Qərar bu ilin oktyabr ayında qüvvəyə minir.