UNİCEF: ’2018-ci ildə 59 fələstinli uşaq öldürülüb‘

BMT-nin Uşaqlara Yardım Fondunun (UNİCEF) noyabrın 17-si nəşr etdiyi hesabata görə, 2018-ci ildə 59 fələstinli uşaq öldürülüb, 3472 uşaq da yaralanıb. Fələstində ayda orta hesabla 200 uşaq saxlanılır.
 
UNİCEF-in Yaxın Şərq və Şimali Afrika bölgəsi üzrə direktoru Ted Çayban Uşaq Hüquqları haqqında Konvensiyanın 30-cu ildönümü münasibətiylə təşkil etdiyi mətbuat konfransında, müqavilənin imzalanmasından etibarən Yaxın Şərqdə və Şimali Afrika bölgəsində uşaq hüquqları mövzusunda bir irəliləmə olduğunu bildirib.
 
Çayban 1990-cı illərdə 5 yaşından kiçik hər 1000 uşaqdan 65-nin öldüyünü, bu gün isə bu rəqəmin 21-ə düşdüyünü qeyd edib.
 
Çayban daha əvvəlki vaxtlara nisbətən məktəblərə gedən uşaq sayında da artım olduğunu və bölgədəki uşaqlardan 90%-nin təmiz su içmə və səhiyyə xidmətlərindən istifadə etmə imkanı əldə edə bildiyini söyləyib.
 
UNICEF-in verdiyi məlumatlara görə, hal-hazırda Yaxın Şərq və Şimali Afrika bölgəsində qaçqın həyatı yaşamaq məcburiyyətində olan uşaqların sayı 6.3 milyonu keçir. /Deyerler.org