UNESCO yəmənli uşaqlara görə BMT Baş katibi qarşısında tələb qoydu

BMT-nin Uşaqları Qoruma Təşkilatı olan UNESCO-nun Yəməndəki nümayəndəliyi Baş katib Antonyo Quterresə müraciət ünvanlayıb. 

 Müraciətdə vurğulanır ki, Səudiyyə Ərəbistanının adı yenidən uşaq hüquqlarını pozan dövlət siyahısına salınmalıdır.   

Bundan əlavə Səudiyyə Ərəbistanının cinayətləri barəsində Beynəlxalq Ağır Cinayətlər Məhkəməsinə də müraciət olunmasının zəruri olduğu diqqətə çatdırılıb. 

 Qeyd olunub ki, Yəməndə Səudiyyə Ərəbistanının cinayətləri səbəbilə hər 10 dəqiqədə  bir uşaq ölür.   /eastnews.org/