Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7 faizdən 6.75 faizə endirilməsi barədə qərar qəbul edib.
Faiz dəhlizinin aşağı həddi 6.25 faiz, yuxarı həddi 7.25 faiz səviyyəsində saxlanıb.
Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov iyulun 30-da keçirdiyi mətbuat konfransında məlumat verib.
Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2020-ci il 18 sentyabr tarixində ictimaiyyətə açıqlanmalıdır.
AMB uçot dərəcəsinə bu il ərzində indiyədək beş dəfə baxıb.