Uzun sürən gərginliyin ardından Misir prezidenti Ərəbistana gedib

Səduiyyə Ərəbistan və Misir arasında uzun sürən gərginliyin ardından Misirin dövlət başçısı Əbdülfəttah Sisi Ərəbistana gedib və bu ölkənin kralı Salman bin Əbdüləziz onu rəsmi qəbul edib. 
 
Maide.Az xəbər verir ki, kral Salman Səudiyyə Ərəbistanı rəsmilərindən bir neçəsi ilə birgə Misir dövlət başçısını hava limanında qarşılayıb. 
 
Misir prezident aparatı bəyanat yayaraq elan etmişdi ki, Ə.Sisinin Ərəbistana səfəri kral Salmanın səfərinə cavab olaraq və iki ölkənin stratejik əməkdaşığını gücləndirmək məqsədilə baş tutur. 
 
Bəyanatda bildirilmişdi ki, kral Salman və Ə.Sisi regional və beynəlxalq məsələlər və terrorizmlə mübarizə kimi məsələləri müzakirə edəcək. 
 
İki ölkə arasında gərginlik Misirin Suriya ilə bağlı xarici siyasətinə görə artmışdı. Misir BMT-nin baş assambleyasında Suriya prezidenti Bəşşar Əsədin xeyrinə səs vermişdi. Rəsmi Riyad Misirin bu addımından qəzəblənmişdi. Bu gərginlik Misir və Ərəbistanın neft sahəsindəki əməkdaşlığına mənfi təsir göstərmişdir. Ərəbistanın neft şirkəti Misirə neft məhsulları ixracını dayandırmışdı. (presstv) /