Vəkilə qarşı təzyiq göstərən polis əməkdaşları işdən çıxarılıb

Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin vəkilə qarşı fiziki təzyiq göstərən əməkdaşları işdən çıxarılıb.

Maide.Az bildirir ki, APA-nın məlumatına görə, bu barədə vəkil Anar Qasımlı öz facebook səhifəsində xəbər verib. O, bir müddət əvvəl Vəkillər Kollegiyasının üzvü Orxan Kəngərlinin Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsində təzyiqə məruz qalması barədə məlumata əsasən bildirib ki, “Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 07 iyun 2019-cu il tarixli əmri ilə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin rəis müavini Yalçın Yaqubov Daxili İşlər Orqanlarından xaric olma, təhqiqatçı Elnur Rəşidov vəzifədən azad edilmə, əməliyyatçı və sahə müvəkilinə isə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb etmə tətbiq edilib".

Qeyd edək ki, iyunun əvvəlində müvəkkilinin hüquqlarının müdafiəsi üçün Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə gedən Vəkillər Kollegiyasının gənc üzvü Orxan Kəngərliyə qarşı fiziki zor tətbiq edilmişdi.

Həmin vaxt məlumatı Daxili İşlninNazirliyinin təkzib etmiş və  vəkilin şöbədə döyülməsi ilə bağlı yayılan iddiaları əsassız  və qərəzli adlandırmışdı.