Washington Post: Trump 2018-ci ildə gündə 15 yalan söyləyib

Washington Post qəzeti ABŞ prezidenti Donald Trump-ın 2018-ci ildə verdiyi bəyanatlarının 5611-nin səhv və ya yanıldıcı informasiya ehtiva etdiyini irəli sürüb.
 
Bu, gündə təxminən 15 yalan deməkdir.
 
Qəzetin iddiası, Trump-ın bütün dediklərini hər gün izləyərək yoxlamağa çalışan bir xidmətin araşdırmasına əsaslanır.
 
Araşdırmaya görə, Trump 2017-ci ildə ümumi olaraq 1989 dəfə səhv bilgi verib və ya əsassız iddialar edib. Ötən il isə bu rəqəm 3 qat artıq olub.
 
Qəzet həmçinin bildirib ki, Trump 22 oktyabrda Texas senatoru Ted Cruz ilə Texas-a səyahəti zamanı bir gündə 83 dəfə "gerçəkləri təhrif edərək" rekord vurub. /bbc /